Valyuta.com



   



Bakı, 11 oktyabr, Xəzərİnfo, Hadisələr. Cəlilabad rayonunda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.  

DİN-dənn Xəzərİnfo-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.

Araşdırmalarla onun  əvvəllər də məhkum olunmuş, rayonun Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu məlum olub.

N.Əsədullayevin satmaq istədiyi narkovasitənin çəkisi 1 kiloqramdan artıq tiryək olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv