Valyuta.com



   



Həkimlər onun sol ayağını, hər iki xayasını travmatik amputasiya ediblər
Bakı, 11 oktyabr, Xəzərİnfo, Hadisələr. Bu gün Tərtərdə mal-qara otaran dinc sakin minaya düşüb. 
 

Xəzərİnfo Ordu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndi ərazisində baş verib. 

Kənd sakini 1995-ci il təvəllüdlü Həsənov Azad Kamandar oğlu kəndin otlaq sahələrində mal-qara otararkən minaya düşüb. 

O, Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəzərİnfo xəbər verir ki, Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Unikal.org-a bildirib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və vəziyəti çox ağırdır: "Həkimlər onun sol ayağını, hər iki xayasını travmatik amputasiya ediblər. Hər iki qolun geniş ölçülü cırılmış yaraları diaqnozu ilə tibbi yardım göstərilir”.
 
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, Azad Həsənov qoyun otararkən hadisə baş verib. Belə ki, qoyunlardan biri neytral əraziyə keçib və o, heyvanı geri qaytarmaq istəyərkən minaya düşüb”.
 
Qeyd edək ki, kənd sakini işğal altında olan Kəlbəcər rayonunun Təkəqayası kəndindən məcburi köçkün olaraq Həsənqaya kəndində məskunlaşıb. Onun bacısı, Həsənova Turanə aprel döyüşləri zamanı ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olub. 
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv