Valyuta.com



   



Bakı, 11 oktyabr, Xəzərİnfo, Mədəniyyət. Oktyabr 12-də saat 17:00-da Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu çəkiliş meydançalarında” foto sərgisi keçiriləcək.

Bu barədə Xəzərİnfo-ya “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov məlumat verib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq sərgidə “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılan geyimlər və Dövlət Film Fondunda ötən əsrdəki film çəkilişlərində istifadə olunan əşyalar nümayiş etdiriləcək.

Qeyd edək ki, oktyabrın 9-da Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində 60-70-ci illərin kino çəkilişi meydançasında istifadə olunan 100-dən artıq avadanlıq sərgilənib.

Rita MURAD




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv