Valyuta.com



   



Bakı, 13 oktyabr, Xəzərİnfo, Maqazin. Kanal D-də yayımlanan “Bir Umut Yeter” adlı serialda çərkəzləri qıcıqlandıran səhnələrə yer verilib. 

Xəzərİnfo Qafqazinfoya istinadən xəbər verir ki, 6 oktyabr tarixində ekran işində, “Bunun südü xarabdır. Tam bir çərkəz qızıdır” - kimi ifadələr səsləndirilib. 

Sözügedən bölümdən sonra Türkiyədə yaşayan çərkəzlər sosial şəbəkələrdə kanala və serialı ərsəyə gətirən şirkətə etiraz ediblər. 

Kanal D isə mövzu ilə bağlı açıqlama yayaraq hər kəsdən üzr istəyib:

“Serialın ikinci bölümündə çərkəz vətəndaşların etirazına səbəb olan nüanslar olub. Araşdırma zamanı həmin ifadələrin qəstlə deyilmədiyi məlum olub. Kanal D və MF Yapım ailəsi, ssenaristimiz Melis Civelek və bütün aktyorlarımız ayrıseçkilik etmirik. Biz bütün Türkiyəni sevirik. Həssas mövzu ilə bağlı hər kəsdən üzr istəyirik”. 

Xəzərİnfo




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv