Valyuta.com



   



Bakı, 15 oktyabr, Xəzərİnfo, Din. "Bütün gənclər dinə sadiq olmalı, dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir. Bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur".

Xəzərİnfo xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bu gün Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Konfransın əhəmiyyətindən danışan Mübariz Qurbanlı, bunun birbaşa mənəviyyat məsələsi olduğunu diqqətə çatdırıb: "Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir. "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, Allah nə deyir? Dinimiz nə buyurur?"

M.Qurbanlı qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək: "Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Gənclərin adi salavat çevirə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

Ayxan ASLANLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv