Valyuta.com



   



Bakı, 17 oktyabr, Xəzərİnfo, Təhsil. Qax rayonunun Aşağı Malax və Fıstıqlı kəndlərində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün hər biri 40 şagird yerlik modul tipli yeni binalar quraşdırılır.

Xəzərİnfo AzərTac-a istinadən xəbər verir ki, bu barədə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, bundan əlavə, yaxın vaxtlarda Çinarlı kəndindəki ümumi orta məktəb üçün də modul tipli binanın quraşdırılmasına başlanılacaq.

Rayonun Əmircan, Qapıçay, Qarabaldır və Qaradolaq kəndlərində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün quraşdırılan modul tipli binalarda isə tikinti işləri artıq yekunlaşıb. Bu məktəblərin ikisi 80, ikisi isə 56 şagird yerlikdir.

Qeyd edək ki, modul tipli məktəb binaları azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    20.02.2019
  • 19.02.2019
  • 18.02.2019
  • 17.02.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv