Valyuta.com



   



Bakı, 17 oktyabr, Xəzərİnfo, Təhsil. Şamaxıda "Fiziki aktivlik sağlam həyatın əsası kimi" mövzusunda maarifləndirici tədbir keçirilib. 

Şamaxı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin doktorantı Qasım Əmrahlının yerli əhali üçün "Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi" mövzusunda mühazirəsi təşkil olunub.

Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova çıxışında, Bilik Fondunun apardığı silsilə maarifləndirici tədbirlərin əhəçiyyətindən danışıb. 

G.Babaşova, məktəblilərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşdüyünü deyib: "Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi məktəblilərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə, fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir. Sağlam həyat tərzinə maraq oyadılması məktəbliləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirmək lazımdır". 

Onun sözlərinə görə, maraqlı oyunlar formasında təşkil olunan tədbirlər müəllim-şagird kollektivinin birgə yaradıcılıq işidir: "Məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında əlamətdar təqvim günlərinə həsr edilmiş tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır. Gələcəyimiz olan məktəblilərdə sağlam həyat tərzi formalaşdırmaq hər bir ailənin, hər bir vətəndaşın, hər bir pedaqoji işçinin, tərbiyəçinin borcudur". 

Şamaxı Olmpiya Mərkəzində yeni yaradılmış fitnes klubun treneri Xanım Osmanova, son illər ölkədə sağlam həyat tərzinin çox populyar olduğunu vurğulayıb: "İdmanla getdikcə daha çox adam məşğul olmağa başlayır. Uşaq və gənclərin idmana maraqlarının artırılması üçün bu cür tədbirlərin keçirilməsi vacibdir” 

Fuad ALIYEV

  




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv