Valyuta.com



   



Bakı, 18 oktyabr, XəzərİnfoTV, HadisələrAksiz markası olmayan siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən XəzərİnfoTV-yə verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb.

Vüqar ŞAHİNOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.07.2019
  • 21.07.2019
  • 20.07.2019
  • 19.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv