Valyuta.com



   



Qalatasaray və Trabzonsporda forma geyinən keçmiş futbolçu Kamerunun 23 yaşlılardan ibarət Milli Komandasını çalışdıracaq. 

 

Bakı, 19 oktyabr, Xəzərİnfo, İdman. Keçmiş futbolçu Riqobert Sonq Kamerunun 23 yaşlılardan ibarət Milli Komandasına baş məşqçi təyin olunub. 

Xəzərİnfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasından verilən açıqlamada bildirilib.

Artıq bununla bağlı 42 yaşlı R.Sonq ilə razılığa gəlinib.

İngiltərə Premyer Liqasında “Liverpul” və “West Ham United”ın formalarını geyinən təcrübəli müdafiəçi 2004-2008-ci illərdə Qalatasaray, 2008-2010-ci illərdə isə Trabzonsporun uğuru üçün mübarizə aparıb.

Qeyd edək ki, Futbolçu kimi Kamerun Milli Komandasında isə 137 oyuna çıxan Riqobert Sonq 2016-cı ildə keçirdiyi beyin qanaxmasından sonra futboldan ayrılmışdı. Sonradan yenidən sağalıb futbola qayıdıb.

Vüqar ŞAHİNOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv