Valyuta.com



   



Bakı, 22 oktyabr, Xəzərİnfo, Maqazin. "Son zamanlar deyəsən şou-biznes nümayəndələri günün nəbzini ifa etdikləri musiqilərlə deyil, efirlərdə ve sosial şəbəkələrdə insanlara əxlaq və “namus-qeyrət şou”su göstərməklə tuturlar".

Xəzərİnfo xəbər verir ki, bu sözləri  açıq-saçıq geyimləri ilə sosial şəbəkələrin diqqətini özünə cəlb edən tanınmış müğənni Afaq Aslan özünün Facebook səhifəsində yazıb.

"Ay bədbəxtlər, görəsən kənardan necə gülünc göründüyünüzün fərqindəsinizmi? Yoxsa, həqiqətənmi özünüzü millətə güldürməkdən zövq alırsınız?" - deyən Afaq Aslan bəzi həmkarlarına qarşı ağır ifadələr səsləndirməkdən çəkinməyib:

"Biri çıxır deyir ki, mən heç vaxt açıq-saçıq geyimlər geyinmərəm, biri çıxır deyir ki, əlacım olsa, ərlərinə xəyanət edən qadınları yığıb yandıraram, kül edib dənizə atardım. Unutmayın, incəsənət incəlik və gözəllik tələb edən bir sahədir. Açıq-saçıq geyimləri geyinə bilməyiniz üçün sizin o geyimləri eyninizdə daşıya biləcək incə və gözəl bir vücudunuz olmalıdır. Təbii ki, kötüyə bənzər bədəninizə istər açıq-saçıq, istərsə qapalı geyimlər geyinin, ferq etmez, kötük elə kötükdür! İnanın, açıq-saçıq geyinın mügənnilərin özgüvənverici vücudları "mən heç vaxt acıq-saçıq geyinmərəm" deyən mügənnilərdə olsaydı, lüt gəzərdilər, heç əyinlərinə paltar belə geyinməzdilər. Yaxşı ki, Allah dəvəyə qanad verməyib". 

Müğənni hətta hədəfə aldığı həmkarlarını təhqir etməkdən də çəkinməyib:

"Efirlərdə və sosial şəbəkələrdə özünüzdə olmayan “namus-qeyrət şou”larınızı gedin, evinizdə yaşadığınız namussuz, mövcud həyat tərzindən bixəbər olan qohum-əqrəbalarınıza keçin, camaata yox! Namusu və qeyrəti deyəsən pendir-çörəklə səhv salıbsınız, özlüyünüzdə yaratmış olduğunuz əxlaq felsefesi dəqiqəbaşı dişinizin dibindən düşmür. Xatırladım ki, namuslu-qeyrətli qadın efirlərə çıxıb məşhurlaşmaq naminə gecəsini gündüzünə qatıb, gecə-gündüz demədən otellər gəzib, hər səhərini başqa bir qadının ərinin qucağında açan, telefonlarda porno videoları yayılan yox, həyat yoldaşı zindana düşsə belə, illərlə oturub məhbus yolu gözləyərək saç ağardan qadınlardır. Hər şeyin öz zamanı var! Vaxt gələcək, sizin telefonlarda gəzən porno-videolarınız işıq üzü görəndə nə övladlarınızın nə də çıxıb qarşısında gur-gur guruldadığız xalqın gözünün içinə baxmağa üzünüz olmayacaq! Uzun sözün qısası, həyatınızı elı yaşayın ki, keçmişiniz və yaşamaqda olduğunuz əxlaqsız həyat tərziniz nə gələcəyinizə kölgə salsın, nə də xalqın qarşısında başınızı yerin dibinə əyməyin!"

Fəridə SALMAN




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv