Valyuta.com



   



Bakı, 22 oktyabr, Xəzərİnfo, Region. İrandakı quşçuluq şirkətləri yem çatışmazlığına görə yaxın gələcəkdə bu sektorun fəaliyyətini dayandıra biləcəyini açıqlayıblar.

Xəzərİnfo Axar.az-a istinadən xəbər verir ki, onlar bu barədə Prezident Həsən Ruhaniyə məktub ünvanlayıblar.

Şikayətçilər yem daşıyan sürücülərin aksiya başlatmalarının sözügedən böhranı daha da dərinləşdirdiyini bildiriblər.

“Dövlət ölkədəki valyuta böhranının qarşısını ala bilmədiyi üçün digər sahələr kimi toyuq və yumurta istehsalı da çöküş həddinə enib”, - məktubda qeyd edilib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv