Valyuta.com



   



Bakı, 25 oktyabr, Xəzərİnfo, Region. Gürcüstan Prezidentliyinə müstəqil namizəd olan, xanım Salome Zurabişvilinin seçkilərdə qələbə çalacağı və Gürcüstan Prezidenti seciləcəyi artıq qətiləşib.

Bunu Xəzərİnfo-ya açıqlamasında, Gürcüstan Parlamentinin Gürcüstan  Parlamentinin “Gürcü Arzusu” Fraksiyasının azərbaycanlı deputatı Ruslan Hacıyev söyləyib.

Salome Zurabişvilinin seçkilərdə qələbəsinə əmin olduğunu deyən Ruslan Hacıyev qeyd edib ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi müstəqil namizəd xanım Salome Zurabişviliyə simpatiya sərgiləyir. 

“Həmçinin iqtidar partiyası olan “Gürcü Arzusu” da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasında sonra daha da möhkəmlənib. Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir. Yenə qeyd edirəm ki, xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstan Prezidenti seçiləçək və Gürcüstanön yeni tarixində ilk qadın dövlət başçısı olacaq”, - deyə azərbaycanlı deputat vurğulayıb.

Ömər VƏZİRLİ

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv