Valyuta.com



   



Bakı, 25 oktyabr, Xəzərİnfo, Hərbi. "Danışıqlar barədə danışmaq hələ çox tezdir. Aprel döyüşləri tərəflər arasındakı mövqelərdə xeyli dəyişikliyə səbəb olub və son iki ildə hər hansı bir ciddi danışıqlar müşahidə edilməyib". 

Xəzərİnfo Ordu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistanda baş verən son hadisələrə toxunarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda baş verənlər, amerikalı nümayəndələrin davamlı səfərləri Rusiyanı maraqlandırmaya bilməz.

"Ermənistan Rusiyanın müttəfiq ölkəsidir və baş verənlər onu maraqlandırmaya bilməz. Ermənistan ABŞ-ın diqqət mərkəzinə düşüb. Amerikanın bir sıra yüksək vəzifəli şəxsləri Ermənistana səfər edir və bu səfərlər kiminsə diqqətindən kənarda qala bilməz", - deyə Tarasov qeyd edib. 

Sabiq amerikalı səfir Riçard Milsin açıqlamalarına toxunan Tarasov, onun bəyanatlarının kifayət qədər cəsarətli göründüyünü deyib: "Xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı onun açıqlamalaları çox kəskindir. Çünki hazırda tərəflər arasında nizamlanma üzrə dəqiq baxış, güzəştlərə getməyə hazır olma barədə yanaşma yoxdur. Böyük bir qeyri-müəyyənlik mövcuddur. Yalnız atəşkəsin pozulmasına nəzarətə dair lokal bir razılaşma var. Danışıqlar barədə danışmaq hələ çox tezdir. Aprel döyüşləri tərəflər arasındakı mövqelərdə xeyli dəyişikliyə səbəb olub və son iki ildə hər hansı bir ciddi danışıqlar müşahidə edilməyib".

Səfirin niyə məhz indi bu barədə danışmasına gəldikdə isə Tarasov bildirib ki, hazırda ABŞ-ın bölgədə fəallığının artması müşahidə olunur. 

"Qeyd olunduğu kimi Amerikanın yüksək vəzifəli məmurları bir-birinə imkan vermədən ard-arda bölgəyə, o cümlədən Ermənistana səfər edirlər. Həmçinin Qarabağ münaqişəsinin nizamlanması prosesində aktivlik müşahidə olunur. Bu fəallığın yalnız beynəlxalq problemlərlə əlaqəli olduğunu hesab etmirəm. Bir sözlə bölgəyə qarşı ABŞ-ın maraqları artıb. Bu, Rusiyanın da maraqlarının, diqqətinin və Qarabağ münaqişəsi zonasında fəallığının artırılacağını ehtimal etməyə əsas verir", - deyə o fikirlərini yekunlaşdırıb. 
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv