Valyuta.com



   



Gürcüstan Xarici İşlər Nazirliyi müstəqilliyini elan edən Abxaziyanın Rusiya ilə imzaladığı müqavilədən narahatlığını açıqlayıb. 
 
Nazirlik açıqlamasında “Strateji Əməkdaşlıq Müqaviləsi”nin Rusiya Dövlət Duması tərəfindən təsdiqləməsinə sərt reaksiya bildirib. 
 
Gürcüstan XİN-nin bəyanatında deyilir: "Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. Kremlin bu addımı Gürcüstanın ayrılmaz hissəsinin qeyri qanuni yolla Rusiyaya birləşdirilməsi deməkdir. Bununla Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozur. Biz Rusiyanın bu hərəkətinin beynəlxalq ictimaiyyət tərəfindən müzakirə olunmasını istəyirik"
 
Xatırladaq ki, Rusiya Dövlət Duması ötən gün təşkil edilmiş iclasda müstəqilliyini elan edən Abxaziyanın Rusiya ilə imzaladığı “Strateji Əməkdaşlıq Müqaviləsi”ni təsdiq etmişdi. /AzadXeber.az/




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    17.07.2019
  • 16.07.2019
  • 15.07.2019
  • 14.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv