Valyuta.com



   



Xanım jurnalistə yumruq atmaq istədilər

 

Bakı, 26 oktyabr, Xəzərİnfo, Maqazin. Tanınmış jurnalist Elçin Əlibəylinin"Space TV"də yayımlanan "El bizim, sirr bizim" verilişində gözlənilməz hadisə yaşanıb.

Bu barədə Xəzərİnfo-ya açıqlama verən bir çox maraqlı verilişlərin aparıcısı kimi tanınan Ramilə Sultan bildirib ki, verilişdə əsasən nigahdan əvvəl oğlan və qızın birgə yaşaması ilə məsələ müzakirə olunub.

Bu məsələyə normal münasibət bəslədiyini deyən jurnalist Cavid Əhmədoğlu, "Mən icazə verərəm, çünki hər kəsin öz yaşam hüququ var" - deyə bildirib.

 Onun fikrinə qarşı çıxan Ramilə Sultan, "Baxıram ki, qızların məktəb vaxtından  bakirəsiz qalması sizə sərf edir. Hansı valideyn, qardaş icazə verər ki, qızları, bacıları hər ay və ya hər alt ydan bir kişi dəyişsin?" - deyə sərt şəkildə etirazını bildirib. 

Cavid Əhmədoğlu isə "Biz Avropalaşmalıyıq və normal insanlar kimi düşünməliyik" - deyə söhbətə davam edib.

R.Sultan isə onunla razılaşmayıb: "Bura Avropa deyil, Azərbaycandır. Siz necə kişisiniz? Sizin sözləriniz anormal bir insanın fikirləridir. Artıq görürəm ki, belə hallar sizə sərf edər".

Bu sözlərdən qəzəblənən Cavid Əhmədoğlu xanım jurnalistə yumruq vurmaq istəyib, ancaq yanında oturan digər iştirakçılar qarşısını kəsərək belə hərək etməsinə imkan verməyiblər. 

Ramilə Sultan isə, "Belə kişilərə ar olsun ki, qızlarımızın bədənindən istismar edir və onların sonrakı talelərini düşünmürlər. Belə kişilərə ar olsun!" - deyərək mübahisəyə son qoyub.

P.S: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fəridə SALMAN

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv