Valyuta.com



   



Bakı, 29 oktyabr, XəzərİnfoTV, Maqazin. Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasında qalmaqal yenidən alovlanıb.

XəzərİnfoTV Teleqraf.com-a istinadən xəbər verir ki, meyxanaçı “ATV maqazin onlarla”ya bildirib ki, Roza onun sayəsində özünü reklam edir:

“Tutaq ki, ona şərt qoymuşam. Bunu efirdə demək düzgün çıxmır. Roza Zərgərli birdən-birə Nizami Rəmzi sevər oldu. Gündəm bu qədər vacib şeydir ki, münasibətləri rahat-rahat pozmaq olar? Hər şeyi tapdalamaq lazımdır ki, bizi göstərsinlər?

Roza xanım da bilir ki, bu sözləri gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən görmək olur ki, o bunu reklam üçün edib. Mən ona heç bir şərt qoymamışam. Demişəm ki, gəlmirəm. O da səbəbini soruşub, söyləmişəm ki, bir neçə aparıcı məndən xahiş ediblər ki, verilişə gəl. Mən sizin verilişə çıxsam, onlar məndən inciyəcəklər.

Roza mənə dedi ki, 2 gündü səninlə danışmaq istəyirəm, amma danışa bilmirəm. 2 gün öncə danışa bilsəydim, o biri qonaqları yox, səni tək çağırardım. Deməli, 2 gün öncə mən Rozayla danışsaydım, ona şərt qoysaydım, razılaşacaqdı. Amma verilişdə dedi ki, mən şərtlə işləmirəm”.

Qeyd edək ki, Namiq Qaraçuxurlunun müğənni Roza Zərgərlinin müəllifi olduğu verilişdən imtina etməsi qalmaqala səbəb olub.

Roza meyxanaçı barədə bu sözləri deyib:

“Namiq mənə şərt qoydu ki, başqa meyxanaçı varsa, mən gəlməyəcəm. Heç bir kəs kiminsə evinə qonaq gəlirsə, ona şərt qoya bilməz. Öləndən sonra kimsə onun adı ilə reklam tutur, özünü onun davamçısı kimi göstərir, amma elə deyil. Bəlkə mən yaxşı iş gördüm, səhvini başa saldım. Zərgərliyə şərt qoyur. Yuxuda görər onu. Mən şərtlə yaşayan insan deyiləm.

Heç kim özündən getməsin. Məni kimsə hədələyə bilməz. Nizami Rəmzi elə bir ustad, peşəkar olub ki, istəmədim onun verilişi ucuzlaşsın".

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv