Valyuta.com



   



Bakı, 30 oktyabr, XəzərİnfoTV, Mədəniyyət. Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova “ARB Günəş” in “Mən məktəbli ikən” telelayihəsində məktəb illərindəki xatirələrini bölüşüb.

XəzərİnfoTV "Ölkə.Az"-a istinadən xəbər verir ki, o, Şəki rayonunun Böyük Dəhnə kənd orta məktəbində təhsil alıb.

Xalq artisti bildirib ki, həmin dövrdə kənd yerində oxumaq asan olmadığını bildirib:

“Geniş ailə olduğumuzdan, böyük bacılarımın paltarlarını geyinirdik. Bir–birimizin paltarı ilə, çantası ilə böyümüşük”

İlk dərs gününü xatırlayan Gülyaz xanım deyib ki, uşaq vaxtı onu evdə “Gilas” deyə çağırırmışlar. Anası o birinci sinfə başalayanda digər bacılarına tapşırıb ki, məktəbdə onu öz adı ilə çağırsınlar.

Gülyaz xanım deyib ki, həmin dövrdə kənddəki qızların əksəriyyəti onuncu sinfə çatan kimi ailə qururdular:

“Onuncu sinfə çatan kimi elçilər qapını kəsdirirdi və qızları ərə verirdilər.  Bacılarımın da, mənim də gözümüzdən yaş axırdı ki, biz ailə qurmaq istəmirik. O vaxt oxumağa yaxşı baxmırdılar. Qarşıma məqsəd qoydum ki, mən oxuyacam və ailəm də mənə dəstək oldu”.

Qeyd edək ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv