Valyuta.com



   



Bakı, 31 oktyabr, Xəzərİnfo, Region. Ermənistanın baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Ararat vilayətinə səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad qəsəbəsi ilə sərhəddə yerləşən Yerasx (Arazdəyən) kənd orta məktəbinə də  baş çəkərək, sakinlərlə söhbət edib.

Xəzərİnfo Naxcivantv-yə istinadən xəbər verir ki, əslində burada sakinlərdən özünə  dəstək almaq istəyən Paşinyan sərhəd kəndində bugünkü Ermənistanın acı həqiqəti ilə üzləşib.

Hələ Sovet dönəmində inşa edilən kənd məktəbi bərbad vəziyyətdədir. Sərhədyanı kənd məktəbinin acınacaqlı vəziyyətdə olması baş nazirin diqqətindən yayınmayıb. Buna görə də, Paşinyan məktəb kollektivi və sakinlərlə məktəbin daxilində deyil, həyətdə söhbətləşməli olub. Amma sakinlər israrla diqqəti məktəbə və onun düşdüyü vəziyyətə yönəldiblər. Məktəbdə sinif otaqlarının bərbad halda, dərs keçmək üçün yarasız olduğunu qeyd ediblər.

Məktəb binası 1992-ci ildən bəri əsaslı təmir edilməyib. Pəncərələr sınmış, sinif otaqları yararsız vəziyyətdə, döşəmə isə betondur. Məktəbdə 116 şagird təhsil alır. 1992-ci ildə yararsız vəziyyətə düşmüş korpusda dərs keçirilmir.

Sakinlərin təkidindən sonra məktəbdəki vəziyyəti nəzərdən keçirən Paşinyan  bildirib ki, idarəçilikdə lazımi addımlar atılır, indi hər kəsin işləməsinin zamanıdır. Təhsil, səhiyyə, kənd təsərrüfatı və sair sahələrdə problemlərin həll edilməsi üçün hər gün nə isə bir iş görülməlidir. Beləliklə,  boş sözlərlə bu işlərin görülməsini dolayı yolla  kənd camaatının  üzərinə atıb. Halbuki, Ermənistanın Naxçıvanla sərhəddə yerləşən kəndlərində əhalinin vəziyyəti heç də ürək açan deyil.

Şərur Rayonunun Yuxarı Yaycı kəndi istiqamətində yerləşən Xaçik kəndinin sakinlərinin  FİNCA kredit təşkilatına küllü miqdarda kredit borcu yaranıb. Borcu olanlar isə əsasən müqaviləli hərbi qulluqçuların ailələridir.  Buna səbəb kəndin mağaza sahibi Arsen Mnaçaqyanın mağazaya borcu olan kənd sakinlərinin adına bankdan müəyyən miqdarda pul götürməsi və sonra onu ödəyə bilməməsidir.

Acınacaqlı hal təkcə bu kənddə deyil. Ermənilərin işğal etdikləri Naxçıvanın Kərki kəndində (ermənilər adını dəyişərək Tiqranaşen qoyublar) yaşayanlar su qıtlığından şikayət edirlər. Sakinlər içməli suyu da uzaq məsafədən gətirirlər.  Hamamda vedrə ilə çimdiklərini bildirirlər. Tiqraneşen kənd sakini coğrafiya müəllimi olan Azatuhi Hovanesyan 25 ildir ki, hər gün 300 metr yol qət edərək kəndin mərkəzində yerləşən yeganə bulaqdan evinə içməli su gətirir. Azahuti Hovanesyan kəndə gələn yeganə su mənbəyinin də təmiz olmadığını və tez-tez mədə-bağırsaq infeksiyalarına yoluxduğunu qeyd edir. Kəndin 150 sakini var və 10-dan artıq ailənin evində içməli su yoxdur.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv