Valyuta.com



   



Bakı, 1 noyabr, Xəzərİnfo, Səhiyyə. Müəllimlik peşəsi insan fəaliyyətinin mürəkkəb növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və bacarıqları tətbiq etmək istiqamətini göstərməkdir.

Pedaqoji təlimin əsas istiqamətini şagirdlərin təlimi, təhsili, tərbiyəsi, inkişafı və formalaşması təşkil edir. Müəllim üçün bir sıra tələblər mövcuddur. Düşünürəm ki, müəllim olmaq üçün uşaq psixologiyasını dərindən bilmək, psixoloji xüsusiyyət və davranışları aşılamaq mütləqdir. Təcübəm əsasında söyləyə bilərəm ki, hər bir uşaq hər bir şəraitdə fərdi yanaşma tələb edir. Bəzən biz fərdi yanaşma sözünün məna dərinliklərini tam şəkildə dərk etmirik. Fərdi yanaşma "seçmək" demək deyil. Bəzən müəllimlər sinif daxilində bir-iki şagirdi "seçərək" onlara fərdi yanaşır. Bu vəziyyət digər həmyaşıdları tərəfindən birmənalı qarşılanmır. Bunun nəticəsində isə özlərinin də xəbəri olmadan aqressiya yaranır. Bu müəllim  üçün yolverilməz haldır. Peşəkar müəllim  hər bir uşağa fərdi yanaşmalıdır, onun psixoloji dəyərlərinə bələd olmalıdır.

Müəllimə verilən tələblərdən biri də perseptiv qabiliyyətlərdir. Bu özünü şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixilasının xüsususiyyətlərini üzə çıxarmaqda göstərir. Fərdi yanaşmanın özəlliyi uşağın kütlədən seçilmə bacarığını təmin etməkdir. Onun fikir və istəyini düzgün formada nəzərə almaqdır. Müəllim təlim prosesi zamanı yalnız bilik və bacarıq ötürən deyil,həmçinin tərbiyə edəndir.

Təlimdə fərdi yanaşmanın vacibliyi nə ilə bağlıdır?

Gəlin bu sualı aydınlaşdırmağa çalışaq. Sinifdə parta arxasında iki şagird əyləşib. Riyaziyyat dərsində şairdlərdən biri məsələni asanlıqla dərk edərək düzgün həllini təqdim etdi. Lakin digər şagird çətinlik çəkərək məsələnin öhdəsindən gələ bilmir. Eynilə bu hal ədəbiyyat dərsində də təkrarlanır. Lakin bu dəfə məsələdə çətinlik çəkən şagird səlis, aydın nitq imkanlarına malik olduğunu numayiş etdirir. Öyrəndiyi hekayənin məzmununu çatdırır və çətinlik çəkmir. Riyaziyyatın öhdəsindən gələn şagird isə fikrini çatdırmaqda bir qədər əziyyət çəkir, nitqi məzmunu ifadə etmir. Bu zaman şagirdlərdən heçbirini savadsız adlandırmaq olmaz. Biri humanitar,digəri texniki elmlərə təmayüllüdür.

Sözü gedən vəziyyətdən belə nəticəyə gələ bilərik ki, fərdi yanaşma prinsipi təlimdə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı tələb edir. Belə ki, sinifdə şagirdlərin bilik imkanları eyni deyil. Müəllim təlim prosesində şagirdlərin fərdi xüsusiyyətlərini dərk etməli, hər bir uşaq üçün konkret təlim-tərbiyə vəzifələri müəyyən etməlidir. Burada fərdi pedaqoji təsirlər sistemi aşkarlanıb tətbiq olunmalıdır.

Hazırda yetişməkdə olan kadrlar psixologiya elminə böyük həvəslə yanaşır. Bu ürəkaçan haldır. Belə ki, pedaqoji psixologiya təlim üçün peşəkar müəllim yetişdirməyin təməlidir. Müəllimə verilən prinsipləri həyata keçirə bilmək üçün müəllim olmaq sevgisi mütləqdir. Bu peşə savad, bacarıq və əlverişli təlimdən savayı səbr tələb edir. Təlimdə fərdi yanaşma-şagirdlərin fərdi qabiliyyətlərini nəzərə almaqla həyata keçirilir. Hər bir şagirdin xasiyyətinin kollektivə uyğun tərbiyəsi və tədrisi şagirdin qrup daxilində bir fərd kimi davranış qaydalarını öyrədir. Bu hər bir peşəkar müəllim üçün vacibdir.

Fidan NƏSİBLİ

"Smart and Happy" Psixologiya və İnkişaf Mərkəzinin müəllimi




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv