Valyuta.com



   



Bakı, 2 noyabr, Xəzərİnfo, Region. “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi Robert Palladino bildirib.

O, brifinqdə qeyd edib ki, Dövlət Departamenti Rusiyanın kimyəvi silahın tətbiqi haqqında qanunun tələblərinə riayət edib-etmədiyi barədə məruzəni noyabrın 6-dan gec olmadan Konqresə təqdim etməyə məcburdur. Konsultasiyalar göstərilən tarixdən başlayacaq.

“Biz noyabrın 6-da Konqreslə konsultasiyalara başlamağa məcburuq, ancaq konsultasiyaların keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur”, - o vurğulayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv