Valyuta.com



   



Bakı, 2 noyabr, Xəzərİnfo, Hərbi. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.

Xəzərİnfo report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.

"Dağlıq Qarabağ prosesinin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən, iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv