Valyuta.com



   



Bakı, 2 noyabr, Xəzərİnfo, Region. Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi vəzifəsindən azad edilib.

Xəzərİnfo "Report"a istinadən xəbər verir ki, bu barədə KTMK Katibliyinin bəyanatında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının nümayəndəsi Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması proseduru müəyyən edilmiş qaydada başa çatıb", - bəyanatda bildirilir.

KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.

Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Y.Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülüb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv