Valyuta.com



   



Bakı, 3 noyabr, Xəzərİnfo, Region. İranın bəzi bölgələrində güclü qum qasırğası səbəbindən məktəblər bağlanıb.
 
Xəzərİnfo Unikal.org-a istinadən xəbər verir ki, bu barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi məlumat verib. 
 
Qurumun rəsmisinin bildirdiyinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar  İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblər fəaliyyət göstərməyəcək. 
 
Baş verən təbii fəlakətlə bağlı Sistan və Bəluçestanın Hava Proqnozları Bürosunun rəhbəri Qulamhüseyn Abidi məlumat yayıb. Onun sözlərinə görə, saatda 108 km sürətə çatan qum qasırğası Zabil rayonunda havanın normadan 14 dəfə artıq çirklənməsinə səbəb olub. 
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv