Valyuta.com



   



Bakı, 3 noyabr, Xəzərİnfo, Maqazin. Aktrisa Pərvin Abıyeva Azərbaycanı tərk edəcək.

Xəzərİnfo Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi bu barədə “Instagram” hesabında məlumat verib.

Canlı yayıma qoşulan Abıyeva bildirib ki, bundan sonra işlərini Türkiyədə davam etdirəcək:

“Bakıda olan günlərimi sayıram. Tezliklə Azərbaycandan köçürəm. İstanbulda yaşayıb, öz işimlə bağlı təhsil alacağam. Düşünürəm ki, Azərbaycanda yetərincə uğur əldə etmişəm, şükürlər olsun ki, məni bütün xalq tanıyır. Qayıtmaq fikrim yoxdur, irəli getmək lazımdır”.

Qeyd edək ki, aktrisa bir neçə ay öncə bu barədə məlumat vermişdi. Ancaq onun nə vaxt Azərbaycandan gedəcəyi məlum deyildi.

 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv