Valyuta.com



   



Fərid Məmmədov: "Amerikanın gücü "F-35" silahında deyil, dollarındadır"

 

Bakı, 3 noyabr, Xəzərİnfo, Region. "ABŞ-ın dünyada həyata keçirdiyi sərt siyasəti böyük hadisələrə səbəb olacaq".

Bunu Xəzərİnfo-ya açıqlayan politoloq Fərid Məmmədov qeyd edib ki, ABŞ-ın noyabrın 6-da neftlə bağlı tərtib edəcəyi sanksiya İranda siyasi və sosial vəziyyəti daha da gərginləşdirəcək.

ABŞ-ın Türkiyəyə qarşı etdiyi böyük sanksiyanın az qala ölkə iqtisadiyyatını məhv edəcəyini xatırladan ekspertin sözlərinə görə, Amerikanın gücü "F-35" silahında deyil, dollarındadır: "ABŞ, dolları ilə istədiyi dövlətin iqtisadiyyatına böyük zərbə vura bilir. Amerikanın Yaxın Şərqdə olan güclü təyziqi baş verənləri dolayısı ilə təsdiq edir. ABŞ-ın Yaxın Şərqlə bağlı ən böyük siyasəti Qaz və Neft məsələsidir. Buna görə də bəzi ərəb ölkələrini küstürməmək və əlaqələri genişləndirmək ən vacib şərtdir. Dünyada 270-ə qədər münaqişə ocağı vardır ki, bunlardan 250-ə yaxını müsəlman torpaqlarındadır. Bəzi siyasətçilərimiz bu gedişi soyuq müharibənin davamı, bəziləri isə dünyada III Dünya müharibəsinin başlanacağı ilə bağlayırlar".

Onun fikrincə, III dünya müharibəsi baş verərsə, II dünya müharibəsindən fərqlənəcək: "Bu müharibənin də müsəlman dövlətlərinin ərazisində olma ehtimalı daha yüksəkdir. Bu müharibədə hər kəs tərəfindən böyük güc kimi tanınan dövlətlərdən biri və ya bəzisi ərazisini, həm də iqtisadiyyatını itirə biləcək.K içik dövlətlər kimi tanınan bəzi dövlətlər isə həm ərazisini genişləndirəcək, həm də iqtisadiyyatını inkişaf etdirəcək. Fikrimi daha da konkretləşdirib deyə bilərəm ki, böyük gücə sahib olan dövlətlər gücünü itirəcək, kiçik dövlətlər isə böyük gücə sahib olacaq. Hər yeni yüzillikdə yeni dövlət yarandığı kimi, dünyanın xəritəsi də dəyişir. Mən tarixin təkrarlandığını ən hərfi mənada başa düşənlərdən deyiləm, lakin üzləşdiyimiz müəyyən növ problemlərin konkret məkan və zamanlarda təkrarən baş verdiyinə inanıram".

Qeyd edək ki, ABŞ-ın baş katibi açıqlamasında, 8 ölkənin İranla neft alışını davam etdirə biləcəyini bəyan edib.

"Həmin dövlətlərə heç bir sanksiya tətbiq olunmayacaq. Onlar bizim müttəfiqimizdir" - baş katib vurğulayıb

Bu fikri şərh edən ekspert bildirib ki, Hinsistanın neftə olan tələbatının 22 faizini İran qarşılayır: "Hindistan, Yaponiya və s. dövlətlər İrandan neft ala biləcəklər. Əslində bu prosses sayəsində Azərbaycan da müvəffəqiyyət əldə edəcək. Beləliklə, İran nefti nəinki özünə qonşu olan dövlətlər arasında, həmçinin regionda ən əlverişli ölkə kimi çıxış edən Azərbaycan vasitəsilə istənilən ölkələrə ixrac olunacaq".

Zemfira MANAFOVA




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv