Valyuta.com



   



Bakı, 5 noyabr, Xəzərİnfo, İqtisadiyyat. Şəkidə xüsusi təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Xəzərİnfo-ya verilən məlumata görə, bitki mühafizəsi mütəxəssisləri tərəfindən bu günə qədər 7560 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 6750 hektar sahədə zərərverici ilə srayətlənmə aşkar olunub və 4670 hektar payızlıq taxıl əkini sahəsində kimyəvi mübarizə tədbirləri aparılıb

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə ediblər.

Qeyd edək ki, aldadıcı yemin hazırlanmasında və tətbiqində zəhərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi fikir verilir.

Hazırda mübarizə tədbirləri davam etdirilir.

Məlumat üçün bildirək ki, “Brodifakum” preparatı qanın antikoaqulyantı olmaqla, siçanabənzər gəmiricinin kapilyar damarlarını zədələyir və 4 sutka ərzində ölümünə səbəb olur.

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yeni əkilən taxıl sahələrində siçanabənzər gəmiricilərin çox olmasını yay şumunun vaxtında aparılmaması, küləşin sahədən götürülməməsi və səthi şumun aparılması ilə izah edirlər. Fermerlərə tövsiyə olunur ki, səpinqabağı öz əkin sahələrində siçanabənzər gəmiricilər müşahidə edilərsə, şumu ən azı 27-30 sm dərinlikdə aparsınlar. Belə olduqda kimyəvi mübarizə üçün çəkilən xərc həm azalır, həm də aparılan mübarizənin bioloji səmərəliliyi yüksək olur.

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv