Valyuta.com



   



Bakı, 5 noyabr, Xəzərİnfo, Dünya. Suriyada PKK terror təşkilatının işğal etdiyi  Rakka şəhərinin ən böyük əşirətlərdən olan Ufadıla tayfasının lideri Bəşir Faysal Huveyda iki gün əvvəl avtomobilində güllələnərək öldürülüb.

Xəzərİnfo Avropa.info-ya istinadən xəbər verir ki, Bəşir Faysal Huveydanın ailəsi onun sui-qəsdə uğradığını və bu sui-qəsdin PKK/PYD tərəfindən həyata keçirildiyini açıqlayıb.

Regionun böyük əşirətlərindən olan Ərəb Sabha tayfası və Ərəb Vulde tayfası açıqlama yayaraq Huveydinin öldürülməsini pisləyərək, Rakkada yenidən söz sahibi olmaq üçün bütün tayfaları birləşməyə və PKK terror təşkilatını bölgədən qovmağa çağırıblar.

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) dərc etdiyi hesabatda PKK/PYD-nin işğal etdiyi bölgələrdə adam öldürdüyünü, onlara müxalif olanlara işgəncələr verdiyini və uşaqları zorla terror təşkilatının sıralarına qatdığını açıqlayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv