Valyuta.com



   



Bakı, 5 noyabr, XəzərİnfoTV, Mədəniyyət. "Bu serialda imkan olduqca Azərbaycan qəhrəmanlarını və yaşağıdğımız acıları hər kəsə öz sənətim vasitəsilə çatdırmaq istəyirəm".

XəzərİnfoTV xəbər verir ki, bu sözü tanınmış aktyor və rejissor Kənan M.M (Kənan Mahmudov) özünün facebook səhifəsində yazıb.

Artıq Türkiyədə ikinci sezon çəkilişləri davam edən "Savaşçı" serialında canlandırdığı kapitan Bəxtiyar obrazı ilə bağlı fikirlərini yazan aktyor, burada bunun o qədər də asan olmadığını qeyd edib.

Aktyor bu səhnəni erməni helikopterini vuran komandirimizə həsr etdiyini dilə gətirib: "Burada bu, o qədər də asan deyil. Bu səhnəni erməni helikopterini vuran komandirimizə həsr edirəmVur, komandir, vur”. Mənim də əlimdən bu gəlir. Vətən övladları paylaşa bilər. Bilirəm, saytlar üçün maraqlı deyil, amma qəhrəmanlar bizim könlümüzün sultanlarıdır... siz paylaşın, yetər”.

Qeyd edək ki, Kənan Mahmudov bu sözləri 52-ci seriyada Türkiyə xüsusi təyinatlı bölməsinin zabiti olan, ancaq mühüm bir əməliyyat üçün terrorçuların içinə sızmış kapitan Kağan Bozokun xilas edilməsi ilə bağlı döyüş səhnəsini canlandırarkən səsləndirib. 

P.S: "Savaşçı" serialı hər həftənin bazar günləri Türkiyənin "Fox TV" kanalında yayımlanır.

Arzu ƏLİYEVA

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv