Valyuta.com



   



Bakı, 5 noyabr, Xəzərİnfo, Dünya. "Transadriatik Boru Kəməri (TAP) layihəsi İtaliyanın yeni qaz mənbələrinə çıxışını təmin edəcək".

Xəzərİnfo xəbər verir ki, bunu "Report"a italiyalı ekspert, İtaliya Beynəlxalq İşlər İnstitutunun (Instituto Affari Internazionali) energetika, iqlim və resurslar üzrə Proqramının rəhbəri Nikolo Sartori deyib.

Ekspertin sözlərinə görə, layihə ölkəyə qaz təchizatının şaxələndirilməsinə yardım edəcək, eləcə də bazarda likvidlik yaradır.

"Vurğulamaq lazımdır ki, TAP-ın İtaliyaya gətirəcəyi 10 milyard kubmetr qaz ildə, təxminən, 70 milyard kubmetr qaz istehlak edən ölkənin diversifikasiya strategiyasına əhəmiyyətli töhfədir", - Nikolo Sartori bildirib.

İtaliyanın Baş naziri Cüzeppe Kontenin oktyabrın 26-da qaz boru kəmərinin tikintisinə razılıq verməsi barədə danışan ekspert qeyd edib ki, bu, imzalanmış beynəlxalq müqavilələr və son bir neçə ildə qəbul edilmiş investisiya qərarlarının reallaşacağı və həyata keçiriləcəyi deməkdir. Onun sözlərinə görə, bu, eyni zamanda, TAP layihisənin iştirakçı ölkələrinə bir çox üstünlüklər verəcək.

"Layihə Azərbaycandan tutmuş Yunanıstana qədər bütün iştirakçı ölkələrə əhəmiyyətli gəlir gətirəcək, eləcə də TAP vasitəsilə qazın ilk partiyasını alacağı gözlənilən Albaniyaya qaz tədarükünü təmin edəcək", - Nikolo Sartori deyib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv