Valyuta.com



   



Bakı, 5 noyabr, Xəzərİnfo, Dünya. Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmir.

Xəzərİnfo AzərTaC-a istinadən xəbər verir ki, Aİ Komissiyasının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moscovisi ABŞ-ın İrana təkrar sanksiyalar tətbiq etmək barədə qərarını dəstəkləmədiyini bildirib.

Pyer Moscovisi “Franceinfo” radiosunda ABŞ-ın 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv olunan bütün İran sanksiyalarının bərpa edilməsi barədə qərarına münasibət bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla nüvə sazişindən çıxdığını bildirərək avqustun 7-də bu ölkəyə qarşı ilk sanksiya paketini tətbiq edib. Birləşmiş Ştatların ikinci sanksiya paketi isə 180 günlük müddətin bitməsinin ardından noyabrın 5-də qüvvəyə minib. Bu gündən etibarən İran Beynəlxalq Neft Şirkəti, İran Neft Ticarəti Şirkəti və Beynəlxalq Tanker Şirkəti beynəlxalq məhdudiyyətlərə məruz qalacaq.

İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının ikinci mərhələsini şərh edərkən deyib ki, ölkəsi bu sanksiyaları qıracaq və xaricə neft satmaqda davam edəcək.(

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv