Valyuta.com



   



Ramiz Alıyev: "Erməni xalqı Paşinyandan iqtisadi islahat gözləyir və ölkənin düşdüyü iqtisadi bataqlıqdan çıxarılmasını tələb edir"

 

Bakı, 6 noyabr, Xəzərİnfo, Region. Növbəti dəfə Ermənistanın baş naziri seçilən Nikol Paşinyanın yeritdiyi siyasət ölkəsini fəlakətə sürükləməkdədir. Bu səbəbdən də son günlər siyasi vəziyyət daha da ağırlaşmağa başlayıb. Artıq həm Rusiya, həm Avropa, həm də ABŞ onun siyasətindən ciddi şəkildə narazılıqlarını ifadə edirlər.

Bu məsələ ilə bağlı fikirlərini Xəzərİnfo-ya açıqlayan siyasi ekspert Ramiz Alıyevin sözlərinə görə, Nikol Paşinyanın əslində siyasətçi olmadığını, dövləti idarə edə bilməyəcəyini ölkəsində və beynəlxalq aləmdə hər kəs çox gözəl bilir.

Ekspert qeyd edib ki, onun səriştəsiz biri olduğunu nəinki Ermənistan əhalisi, hətta dünya dövlətləri də artıq görməkdədir: 

"Ermənistan xalqı sadəcə olaraq Paşinyandan öncəki quldur və cinayətkar idarəçilərdən necə bezmişdilərsə, bu sərsəm hərəkətlərinə dözür və onu hələlik devirməyə cəhd etmirlər. Ancaq bu gedişlə Paşinyan hay-küylə gəldiyi kimi, elə hay-küylə də gedəcək. Ona görə ki, öz xalqına vəd etdiklərinin heç birini edə bilmədi. Çünki, çox səriştəsizdir və heç bir dövlət idarəçiyi təcrübəsi yoxdur. Ancaq populist fikirlər səsləndirməklə və siyasi rəqiblərini sıradan çıxartmaqla gündəmdə qalmağa çalışır".

Onun sözlərinə görə, əslində xalqın ondan iqtisadi islahat gözləyir və ölkənin düşdüyü iqtisadi bataqlıqdan çıxarılmasını tələb edir:

"Bu da ona görədir ki, Ermənistan Azərbaycan tərəfindən regionda təşkil olunan bütün böyük layihələrdən kənarlaşdırılıb və iqtisadi blokadaya salınıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz ədalətli həllini tapdıqda və Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra Ermənistan iqtisadi blokadadan çıxacaq. Ancaq Paşinyan bununla bağlı hələlik heç bir addım atmaq istəmir, əksinə populist fikirlər səsləndirir".

Gələn ay Ermənistanda keçiriləcək parlamet seçkilərinin onun üçün o qədər də asan olmayacağını söyləyən Ramiz Alıyev qeyd edib ki, ermənilər öz istəklərini hələlik Paşinyandan ala bilməyib və onu dəstəkləyənlər də keçmiş rəhbərlikdən narazı olan kütlədir.

Ekspert hesab edir ki, Erməbistanda gələn ay keçiriləcək parlament seçkiləri sakit və demokratik şəkildə təşkil oluna bilməyəcək: "Ölkədə Paşinyanın tərafdarı ilə Koçaryan-Sarksyan tərəfdarları arasında güclü qarşıdurma müşahidə olunacaq".

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv