Valyuta.com



   



Bakı, 6 noyabr, XəzərİnfoTV, Mədəniyyət. Tanınmış klarnet ifaçısı Zahid Qubadlı deputat Tahir Kərimliyə cavab verib.

XəzərİnfoTV-nun "Ölkə.Az"-a istinadən verdiyi məlumata görə, musiqiçi himnimizin həcmini azaltmağı təklif edən deputata "Azərbaycan himninə toxunmaq cinayətdir" deyərək cavab verib. 

Qeyd edək ki, T.Kərimli Milli Məclisin iclasında himnimizlə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb:

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv