Valyuta.com



   



Bakı, 6 noyabr, Xəzərİnfo, Cəmiyyət. Milli Məclisin (MM) daha beş komitəsinin birgə iclasında büdcə müzakirələrinə başlanılıb.

Xəzərİnfo-nun Oxu.Az-a istinadən verdiyi xəbərə görə, birgə iclasa MM-in Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli sədrlik edir.

İclasda beş komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə (nazir Samir Şərifov üzrlü səbəblərdən iclasa qatılmayıb) və digər rəsmi şəxslər iştirak edirlər.

H.Rəcəbli qeyd edib ki, dünyada gedən ağrılı proseslərə baxmayaraq, Azərbaycanda ictima-siyasi sabitlik mühitində sosial rifaha malik dövlət qurulur.

“Digər sahələrdə zaman-zaman azalmalar olsa da, son illər sosial sahəyə, sosial məqsədlərə vəsaitlər daim artırılır. 2019-cu ilin büdcəsində də bu aşkar hiss olunur. Növbəti ilin büdcəsində sosial məqsədlərə səkkiz milyard manatdan artıq vəsait ayrılıb. Bu da nəticə etibarilə büdcənin 33 faizini təşkil edir. Bu, böyük göstəricidir”, - deyə komitə sədri əlavə edib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv