Valyuta.com



   



Bakı, 6 noyabr, Xəzərİnfo, İdman. “Real Madrid” klubu “Milan”ın argentinalı hücumçusu Mauro İkardini heyətinə qatmağa çalışır.

Xəzərİnfo AZƏRTAC-a istinadən xəbər verir ki, Madrid təmsilçisi futbolçunun transferi üçün 110 milyon avro təklif etməyə hazırlaşır.

“Real”ın rəhbərliyi qış transfer pəncərəsində Mauro İkardinin keçidi ilə bağlı müraciət etməyi planlaşdırır və futbolçunu heyətdə Kərim Benzemanı əvəz etməyi düşünür.

İkardi də transferlə bağlı düşündüyü üçün "İnter" ilə yeni müqavilə bağlamaq istəmir. Oyunçu ilə klubun mövcud müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.

Bu mövsüm Mauro İkardi 11 matçda 8 qol vurub və iki məhsuldar ötürmə verib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv