Valyuta.com



   



Bakı, 7 noyabr, Xəzərİnfo, Hadisələr. Hacıqabul rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda iki avtomobil yanıb.

Fövqaladə Hallar Nazirliyindən Xəzərİnfo-ya verilən məlumata görə, Hacıqabul rayonunda "QAZ" markalı yük avtomobilində qəfil yanğın baş verib.

Yanğın nəticəsində kabinə və mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Binəqədi rayonunda isə “Ford“ markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və salonu qismən yanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv