Valyuta.com



   



Bakı, 7 noyabr, Xəzərİnfo, Hərbi. İşğal altında olan Qarabağda ölən erməni əsgəri hərbi xidmətə 4 ay əvvəl çağırılıb. 

Xəzərİnfo Ordu.az-a istinadən xəbər verir ki, dünən saat 08:25 radələrində Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birinin nəzarət buraxılış məntəqəsindən 70 m uzaqlıqda yerləşən dəmir körpünün yaxılığında 2000-ci il təvəllüdlü erməni əsgəri Aristakes Eduardoviç Azadyan, ona təhkim edilmiş AK-74 tipli silahdan, özü-özünə alt çənə hissəsindən atəş açmaqla, aldığı odlu silah yarasından ölüb. 

Ölən erməni əsgəri Ermənistanın Kotayk vilayətinin Proşyan kənd sakini olub. Kənd icra nümayəndəsi Artur Muradyan bildirib ki, ölən hərbi qulluqçu 4 ay bundan əvvəl hərbi xidmətə çağırılıb. 
Onun sözlərinə görə, ailə 2 qardaş, ana, ata və babadan ibarətdir. Qardaşı müəyyən səbəblərə görə hərbi xidmətdən bir neçə il müddətinə azad edilib. Babasının adını daşıyan ölən hərbi qulluqçunun xidmətindən heç zaman şikayətlənmədiyi qeyd olunub. 
Hadisə ilə bağlı 1-ci qarnizon istintaq şöbəsində araşdırma aparılır.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv