Valyuta.com



   



Bakı, 7 noyabr, Xəzərİnfo, Cəmiyyət. Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Xəzərİnfo xəbər verir ki, bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.

Heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyən nazirlik bildirir ki, sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır.

Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv