Valyuta.com



   



Fərid Məmmədov: "Hansı addım atacaqlarını özləri də müəyyən etməyiblər" 

Bakı, 7 noyabr, Xəzərİnfo, Region. "ATƏT-in Minsk qrupu həmsədrlərin bölgəyə bu dəfəki səfəri də heç bir nəticə vermədi". 

Bu fikri Xəzərİnfo-ya açıqlayan politoloq Elxan Şahinoğlu, onların bölgəyə sadəcə turist kimi səfər etdiklərlərini bildirib.

"Həm də nəzərə almaq lazımdır ki, Ermənistanda dekabr ayında parlament seçkiləridir. Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ haqqında deyil, başlıca olaraq seçki haqqında düşünür. Düşünürəm ki, o, bu seçkilərdə qələbə də qazana bilər" - deyə politoloq qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, dekabrda müvəffəqiyyət qazanılacağı təqdirdə, 1 ay ərzində hökumət formalaşdırılmalıdır:

"Belə desək, ən az 3 ay arzində qarşı tərəf Qarabağ danışığlarına hazır deyil. Amma bu ərəfədə ATƏT-in Minsk qrupunun həmsədrləri də qeyd etdilər ki, dekabr ayında Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyirlər".

Bu görüşün digərlərindən fərqlənmədiyini və ənənəvi bir görüş olacağını deyən ekspert, hər ilin dekabr ayında ATƏT-in yekun toplantılarının olduğunu bildirib. 

Eyni zamanda, bu görüşdən də real nəticə əldə edilməyəcəyini düşünən E.Şahinoğlu, bunu Ermənistanın hələ də danışığlara hazır olmaması ilə əlaqələndirib. 

"Hansı addım atacaqlarını isə özləri də müəyyən etməyiblər" - deyə ekspert sonda vurğulayıb.

Zemfira MANAFOVA




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv