Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Dünya. ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin noyabrın 11-də Parisdə fərdi görüşü planlaşdırılmır.

Xəzərİnfo Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Nümayəndə deyib:

"Prezidenti planlaşdırılmış yeganə görüşü Fransa prezidenti Emmanuel Makronladı. Biz prezident Putinlə fərdi ikitərəfli görüş planlaşdırmırıq".

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti D.Tramp bildirmişdi ki, V.Putinlə Parisdə liderlərin naharı zamanı görüşəcək, fərdi görüş isə noyabrın sonunda Argentina "G20" sammiti çərçivəsində baş tutacaq.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv