Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Mədəniyyət. Azərbaycanın teatr sənətinə ağır itki üz verib.

Xəzərİnfo xəbər verir ki, bu gecə saatlarında Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat edib.

Bunu Dövlət Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova özünün "Facebook" səhifəsində yazıb. 

"Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanim... Yazmağa əlim gəlmir..." - deyə aktrisa qeyd edib.

Qeyd edək ki, aktrisa  uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Onun Milli Onkologiya müalicə aldığı bildirilirdi. Artıq onun aldığı kimya-terapiya müalicəsindən sonra saçları tökülmüşdü. 
 
Bildirək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.
 

Arzu ƏLİYEVA




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv