Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Siyasət. “Azərbaycana hər səfərimdə ölkənin durmadan inkişaf etdiyinin, ölkədə müsbət dəyişikliklərlərin şahidi oluram. Azərbaycan özünün malik olduğu enerji ehtiyatları ilə məhdudlaşmayaraq, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına böyük diqqət ayırmaqla realist və uzaqgörən siyasət yürüdür.“

Xəzərİnfo xəbər verir ki, bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Fransa parlamentinin deputatı Andre Vilye bildirib.

Bu yaxınlarda VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən deputat bu tədbirin əhəmiyyətinə və Azərbaycanda tolerantlıq ənənələrinə toxunub:

“80-ə qədər ölkənin iştirak etdiyi VI Bakı Beynəlxalq Humanitar Forumu dünya arenasında qarşılıqlı mübadilə, dialoq ruhunda keçirilən tədbirlər arasında ən gözəl nümunələr sırasına yazıldı. Dinlərarası tolerantlıq ənənələrinə sadiq, dünyəvi respublika olan Azərbaycanda müxtəlif etnik mənşəli və dinə məxsus insanlar sərbəst şəkildə öz sözlərini deyə bilirlər. Azərbaycanın bu dünyəvi dəyərlərə sadiqliyi məni bu ölkəyə yaxınlaşdırıb və özünə bağlayıb. Əhalisinin 90 faizini müsəlmanların təşkil etdiyi bir ölkədə digər dinə məxsus insanlar öz inanclarını azad şəkildə həyata keçirmələri və birlikdə sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür imkan və şərait yaradılıb. Bu vacib məsələ də dövlət qayğısı ilə müşayiət olunmaqdadır. Mən Azərbaycandakı bu tolerantlıq ənənələrindən öz ölkəmdə hər zaman misal gətirərək, tolerantlığın bu gözəl təcrübəsinə şahidlik edirəm".

Deputat Fransa mətbuatında Azərbaycana qarşı bəzən rast gəlinən tənqidi yazıların əsassız olduğunu bildirib:

“Təəssüf ki, Fransa mətbuatında Azərbaycana qarşı əsassız tənqidi yazılara rast gəlinir. Məni təəccübləndirən odur ki, Azərbaycanı səbəbsiz tənqid edən fransalı jurnalist, Saudiyyə Ərəbistanının məxfi kəşfiyyat orqanları tərəfindən ölkəsinin İstanbuldakı konsulluğunda qətlə yetirilmiş jurnalistin ölümü ilə bağlı heç bir yazı ortaya çıxartmadı və bu dəhşətli hadisəni sükutla qarşıladı”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv