Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Mədəniyyət. Xərçəngdən əziyyət çəkən Xalq artisi Amaliya Pənahovanın ölümü onun yaxınları, sevənləri ilə yanaşı sənət dostlarını da kədərləndirib. 

Xəzərİnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, onlar sosial şəbəkədə paylaşımlar edərək, A.Pənahovanı xatırlayıblar.

Əməkdar artist Məlahət Abbasova: 

"Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli: 

"Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Nərgiz Cəlilova: 

"Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Əməkdar artist Mehriban Xanlarova: 

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm. Allah rəhmət etsin".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv