Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Hadisələr. Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəzərİnfo Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

İrina Qorlova 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib.

Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub, Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İrina Qorlova tutularaq istintaqa təhvil verilib.

Məlum olub ki, İrina Qorolova rəfiqəsini öldürməkdə məqsədi onun evini ələ keçirmək olub.

İstintaq orqanı tərəfindən İrina Qorolovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İrina Qorolova bildirib ki, rəfiqəsini tamah məqsədilə öldürməyib.

İrina Qorolovanın sözlərinə görə, rəfiqəsi ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və bundan sonra onlar dava ediblər.

İrina Qorolova bildirib ki, rəfiqəsini öldürsə belə, onun evini ələ keçirmək imkanına sahib olmayıb. Bu səbəbdən qətlin tamah məqsədilə törədilməsini inkar edib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv