Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Siyasət. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqaləsi ABŞ-ın Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində dərc edilib. 

Xəzərİnfo Azadinform-a istinadən xəbər verir ki, məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunub, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyillərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edib. N.Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib. 

Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul məqalədə ölkəmizdə qədim dövrlərdən etibarən müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayıb. 

Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristianların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu bildirib, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul, həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak olduqlarını xatırladıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv