Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Mədəniyyət. İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçirilib.

Xəzərİnfo xəbər verir ki, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.

Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini rəsm qalereyasının sərgi salonunda tablolara köçürüblər.

Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

Arzu ƏLİYEVA

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv