Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Səhiyyə. Depressiya ənənəvi olaraq tibbi bir narahatlıq olsa da, araşdırmalar genetik amillərin depresiyanın 16/ faiz təsirli olduğunu göstərir.

Əksər insanlar üçün yaşam şərtləri ən önəmli təsir hesab olunur. ABŞ-da dərmanlar depressiyanın ən yayılmış müalicə yolu və yayılmış bir inanca görə, ən effektli yoldur. Amma bu fikir son 20 ildə aparılmış araşdırmaların nəticələri ilə tutarlı deyil. Bu araşdırmalar yeni psixoterapiya üsullarının, xüsusən də zehni davranış terapiyasının-CBT (cognitive behavioral therapy) ən az dərmanlar qədər bir çox xəstə üçün də daha effektli olduğunu göstərib.

Heç şübhəsiz ki, dərmanlar insanlar üçün faydalı, hətta həyat qurtarıcı ola bilər. Dərmanlar, depressiya ağır olduqda, ən yüksək effekti təmin etmək üçün psixoterapiya ilə birləşdirilə bilər. Bu xəstəliyə qarşı çox təsirli yeni silahlarımızın olduğunu və koqnitiv terapiya kimi dərmansız müalicənin güclü təsirini bilməyimiz çox əhəmiyyətlidir.

Bizə depressiyanın beyin maddəsindəki bir dizbalansdan qaynaqlana biləcəyi öyrədilsə də, son araşdırmalarda zehni davranış terapiyanın beyin maddəsini dəyişdirəbiləcəyi sübuta yetirilib. Depressiya aşırı utanc, dəyərsizlik, ümidsizlik hisslərinə görə ən ağır əzab çəkmə şəkillərindən biridir, hətta ölümcül bir xərçəngdən də pis görünə bilər. Bir çox xərçəng xəstəsi sevildiklərini hiss edər, çünki ümidləri və özünə güvənləri vardır. Ancaq depressiyanız  nə qədər pis hiss etdirirsə-etdirsin, yaxşılaşma müddəti olduqca müvəffəqiyyətlidir.

Öz vəziyyətinizin son dərəcə pis, bezdirici və ümidsiz olduğuna, nə olursa-olsun düzəlməyəcək tək adam olduğunuza inana bilərsiniz. Amma nəticədə buludlar dağılacaq, səma açılacaq və günəş yenidən parlamağa başlayacaq. Və o zaman hiss edilən rahatlama və xoşbəxtlik inanılmaz ola bilər. Əgər siz depressiya ilə mübarizə edirsinizsə, nə qədər güvənsiz və depressiv hiss etsəniz də, belə bir dəyişiklik sizdə də baş verə bilər.

Mələk Allahverdiyeva- Psixoloq




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv