Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Səhiyyə. Antibiotiklərə müqavimət göstərən bakteriyaların artmasına qarşı tədbirlər görülməsə, bu, 30 il ərzində Avropa, Şimali Amerika və Avstraliyada 2,4 milyon insanın ölümünə səbəb ola bilər.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, bu haqda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antibiotik və bakteriyaların insanlara təsirlərinə dair hazırlanan hesabatda deyilir.

Hesabata görə, kiçik və sadə tədbirlər görülməklə hər 4 ölümdən 3-nün qarşısı alına bilər. 

Qeyd edilir ki, təşkilata üzv 33 ölkədə xəstəliklərin ortaya çıxmasının ardınca bakteriyalarla mübarizəyə ildə orta hesabla 3,5 milyard dollar xərclənir. Bildirilir ki, bakteriyaların yayılmasının qarşısının alınması insanların həyatlarını xilas edə və uzunmüddətli perspektivdə iqtisadiyyatın inkişafına kömək edə bilər.

Hesabata görə, OECD ölkələri arasında daha çox İtaliya, Yunanıstan və Portuqaliyanın vətəndaşları həyatlarını itirəcəklər. Türkiyə, Koreya və Yunanıstan kimi ölkələrdə antibiotiklərin bakteriyalara qarşı müqavimətin aşağı olduğu bildirilir. Hesabatda bildirilir ki, bu ölkələrdə bakteriyalara müqavimət İslandiya, Hollandiya və Norveçlə müqayisədə 7 dəfə azdır.

XƏZƏRİNFO.AZ

  




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv