Valyuta.com



   



Bakı, 8 noyabr, Xəzərİnfo, Cəmiyyət. Gələn il Bakının Nardaran qəsəbəsində "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.
 
Xəzərİnfo xəbər verir ki, bu barədə jurnalistlərə "ABAD”ın direktoru Rüfət Elçiyev məlumat verib.
 
O bildirib ki, bu ilin oktyabr ayının 29-da Şəkidə "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi açılıb. Belə bir mərkəz Nardaranda da açılacaq.
 
R.Elçiyev  əlavə edib ki, "ABAD” artıq iki ildir ki, fəaliyyət göstərir və artıq üzvlərin sayı 315-ə çatıb.
 
Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur. 
 
Ümumiyyətlə isə "ABAD" bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Bura təkcə kənd təsərrüfatı, sənətkarlıq deyil, digər sahələri də daxildir.
 
Vüqar ABBASƏLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv