Valyuta.com



   



Bakı, 10 noyabr, Xəzərİnfo, Dünya. Rəsmi Tehran neftin qiymətinin ucuzlaşmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırır.

Xəzərİnfo AZƏRTAC-a istinadla xəbər verir ki, İranın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiya ilə Səudiyyə Ərəbistanının neft istehsalını artırdığını və bunun da “qara qızıl”ın qiymətinin bir barrel üçün 15 dollar ucuzlaşmasına səbəb olduğunu deyib.

O, neft tədarükünün artmasının qiyməti ucuzlaşdırdığını, bu vəziyyətin digər istehsalçılara mənfi təsir edəcəyini, Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltmasının vacibliyini bildirib.

Qeyd edək ki, “Brent” markalı neftin bir barrelinin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda səkkiz ölkəyə güzəştə getməsi, eləcə də Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda son 8 ayın minimumuna düşüb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv