Valyuta.com



   



Bakı, 12 noyabr, Xəzərİnfo, Hərbi. Ermənistan ordusunda növbəti zorakılıq faktı açıqlanıb. 

Xəzərİnfo Ordu.az-a istinadən xəbər verir ki, Ermənistan ordusunun "N" nomrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün sürücüsü, müddətli xidmət hərbi qulluqçusu əsgər Arman Ohanyan 2017-ci ilin 24 sentyabr tarixində saat 15:00 radələrində həmin hərbi hissənin əşya otağında nizamnamə qaydalarını pozaraq, hərbi hissənin 2-ci manqasının zenit atıcısı müddətli xidmət hərbi qulluqçusu Karen Aramyanın su gətirmək tələbini yerinə yetirmədiyinə görə, onunla birlikdə qrup şəklində mühəndis istehkam bölüyünün əsgəri Ara Hambartsumyanı döyüb. 

Aramyan Hambartsumyanın başına hərbi kəmərlə 30-dək zərbə endirdikdən sonra onu təpikləyib. Nəticədə Ohanyan və Aramyan tərəfindən döyülən Hambartsumyan fiziki ağrılara məruz qalıb.

Tavuş vilayət məhkəməsinin 22 may 2018-ci il tarixli qərarına qarşı Ermənistanın vəkillər palatasının üzvü, müttəhim Arman Ohanyanın vəkili Armine Qazaboğlyan şikayət edib. Apelyasiya məhkəməsi onun şikayətini təmin edib. 

İlkin instansiya məhkəməsi Arman Ohanyanı bir il müddətinə azadlıqdan mərhum etsə də, apelyasiya məhkəməsi cəzanı 2 illlik sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edib. Apelyasiya məhkəməsi şikayətə baxanadək Arman Ohanyan erməni ordusundan təxris edilib və evlənib. 

Vəkil, sərhədyanı hərbi hissədə xidmət etmiş Arman Ohanyanın komandiri A.Kirakosyan və hərbi hissənin zabiti, kapitan S.Yeğoyan tərəfindən onun barəsində müsbət xasiyyətnamə verildiyi məqamı ilkin məhkəmə orqanının nəzərə almadığını vurğulayıb. İş üzrə əsgər Karen Aramyana da ittiham irəli sürülüb. O da eyni qaydada 1 il müddətinə azadlıqdan mərhum edilib və onun vəkili Apresyanın apelyasiya şikayəti rədd edilib.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    17.07.2019
  • 16.07.2019
  • 15.07.2019
  • 14.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv